25.01.2018

Şabran rayonunun Xırdaoymaq kəndində yeni modul tipli məktəb binası istifadəyə verilib

Yanvarın 25-də Şabran rayonunun Xırdaoymaq kəndində yeni modul tipli məktəb binası istifadəyə verilib.

40 şagird yerlik ibtidai məktəbin yeni binasında 5 sinif və digər təyinatlı otaqlar var. Modul tipli bina yanğın xəbərdarlıq sistemi, işıq və su təchizatı ilə təmin olunub.

Xırdaoymaq kəndindəki məktəbin açılış mərasimində Rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin rəhbər şəxsləri, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

Məktəbin direktoru Sədaqət Mustafayeva çıxışında Xırdaoymaq kəndində yeni məktəb binasının istifadəyə verilməsinin valideynlərin, xüsusilə də şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.

Tədbirdə məktəblilər Vətənə, müəllimə həsr olunmuş şeirlər söyləyiblər.

Açılış mərasimindən sonra şagirdlər məktəb zənginin sədaları altında yeni sinif otaqlarına daxil olublar.

Qeyd edək ki, bundan əvvəl Şabran rayonunun Hacıqaraqaşlı kəndində də modul tipli məktəb binası quraşdırılıb.


Açar sözlər: