26.01.2018

Respublika fənn olimpiadalarının rayon mərhələsi keçiriləcək

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçiriləcək.

Olimpiada riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri olmaqla 8 fənn üzrə keçiriləcək.

Bu mərhələdə Şabran rayonu üzrə 257 nəfər şagirdin iştirakı nəzərdə tutulub. Bu məqsədlə Rayon Təhsil Şöbəsi tərəfindən Respublika fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydalarına əsasən yerli Təşkilat komitəsi yaradılıb. Olimpiadanın keçiriləcəyi mərkəz və oturma planları öncədən müəyyən olunub.

Qeyd edək ki, Olimpiada fevralın 4-ü saat 10:00-da Şabran şəhər 5 nömrəli tam orta məktəbdə keçiriləcək.

Olimpiada iştirakçılarından qeydiyyat üçün həmin gün saat 08:30-da qeyd olunan məktəbdə olmaları xahiş olunur.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.


Açar sözlər: ,