31.01.2018

"Ümumi təhsildə keyfiyyət ili" çərçivəsində görülmüş işlərə dair birinci yarımilin yekun iclası keçirilib

Yanvarın 31-də Şabran Rayon Təhsil Şöbəsində "Ümumi təhsildə keyfiyyət ili" çərçivəsində görülmüş işlərə dair birinci yarımilin yekun iclası keçirilib.

İclasda "Ümumi təhsildə keyfiyyət ili" çərçivəsində Rayon Təhsil Şöbəsi və rayon ümumtəhsil məktəblərində görülmüş işlər, il boyu davam edəcək tədbirlərin gedişatı və qarşıda duran vəzifələr barədə danışılıb.

Çıxış edən Rayon Təhsil Şöbəsinin Metodkabinet müdiri Yəhya Nuşiyev, 2017-2018-ci tədris ilinin "Ümumi təhsildə keyfiyyət ili" elan edilməsinin rayon təhsil işçiləri qarşısına böyük öhdəliklər qoyduğunu və İl çərçivəsində  tələb olunan tapşırıqların bütün rayon təhsil ictimaiyyəti tərəfindən layiqincə yerinə yetiriləcəyinə inandığını bildirib.

Sonda iclas iştirakçılarının fikir və təklifləri dinlənilib.


Açar sözlər: ,