01.02.2018

İbtidai sinif müəllimlərinin elmi-nəzəri və peşəkarlıq səviyyəsinin monitorinqi keçirilib

Fevralın 1-də Şabran Rayon Təhsil Şöbəsi tərəfindən S. Zülfüqarov adına şəhər 3 nömrəli və İ. Abbasov adına Rəhimli kənd tam orta məktəblərin ibtidai sinif müəllimlərinin elmi-nəzəri və peşəkarlıq səviyyəsinin monitorinqi keçirilib.

İmtahanda müəllimlərə 40 ixtisas, 20 metodika olmaqla ümumilikdə 60 sual təqdim olunub. Kağız daşıyıcılarda təqdim olunan suallar müəllimlər tərəfindən 90 dəqiqə ərzində cavablandırılıb.

Qeyd edək ki, monitorinq təhsil nazirinin 2017-2018-ci tədris ilinin "Ümumi təhsildə keyfiyyət ili" elan edilməsi ilə bağlı 261 nömrəli əmrinə əsasən hazırlanmış Fəaliyyət planına uyğun olaraq həyata keçirilib.