09.02.2018

"Şəhidlər ölməz, Vətən bölünməz!" adlı tədbir keçirilib

Şabran rayon Gəndov kənd tam orta məktəbdə "Şəhidlər ölməz, Vətən bölünməz!" adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə məktəbin müəllimləri və şagirdlər iştirak ediblər.

Məktəbin direktoru Samirə Baladadaşova Azərbaycan xalqının keçdiyi tarixi yola nəzər salaraq bildirib ki, azadlıq, müstəqillik hər bir xalq üçün böyük nemətdir. Qədim və şərəfli tarixə malik Azərbaycan xalqı azadlıq və istiqlaliyyət uğrunda hər zaman mübarizə aparıb və bunun naminə minlərlə oğul və qızlarını qurban verib. Azərbaycanı ucaldan, şöhrətləndirən də vüqarlı, mübariz oğul və qızlarıdır.

Tədbirdə məktəblilər şəhidlərə və Vətənə həsr olunmuş şeirlər, mahnılar səsləndirib, məktəbin həyətində yerləşən Şəhidlərin xatirə abidəsi önünə gül dəstələri düzüblər.

Tədbirin keçirilməsində məqsəd, məktəblilərdə vətənpərvərlik hisslərinin formalaşdırılması, Vətənin azadlığı uğrunda canlarından keçən qəhrəmanların xatirələrinin yad edilməsi olub.


Açar sözlər: ,  ,