09.02.2018

Hazırlıq sinfində "Biz sayları bilirik!" adlı tədbir təşkil olunub

Şabran rayon Rəhimli kənd tam orta məktəbin hazırlıq sinfində "Biz sayları bilirik!" adlı tədbir təşkil olunub.

Beşyaşlılar "Turpun nağılı"nı səhnələşdiriblər. Səhnəcikdə say mövzusuna xüsusi toxunulub.

Tədbirdə, həmçinin  beşyaşlılar rəqəmlərə aid şeirlər səsləndirib, rəqrslər nümayiş etdiriblər.

Tədbirin keçirilməsində əsas məqsəd, uşaqlarda öyrəndiklərini təqdim etmə bacarıqlarının formalaşdlırılması, həmyaşıdları ilə birlikdə əylənərək öyrənmələrini reallaşdırmaqla məktəbə maraqlarının artırılması olub.