10.02.2018

"Ədəbiyyat biliciləri" respublika müsabiqəsinin ikinci - rayon turu keçirilib

Fevralın 10-da Şabran rayonunda "Ədəbiyyat biliciləri" respublika müsabiqəsinin ikinci - rayon turu keçirilib.

Müsabiqədə rayon ümumtəhsil məktəblərinin VIII-XI siniflərindən 112 şagird iştirak edib.

Şagirdlər 3 saat ərzində onlara təqdim olunmuş 12 sualı yazılı şəkildə cavablandırıblar.

Rayon mərhələsinin qalibi seçilmiş şəxslər respublika turuna vəsiqə qazanacaqlar.

Qeyd edək ki, müsabiqə məktəb, rayon və respublika olmaqla 3 mərhələdə keçirilir. Müsabiqənin məktəb mərhələsi noyabr-dekabr aylarında yekunlaşdırılıb, yekun tur isə mart-aprel aylarında keçiriləcək.

Müsabiqənin keçirilməsnidə əsas məqsəd, şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, onlarda mütaliə vərdişlərinin formalaşdırılması və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdir.

 


Açar sözlər: ,  ,