10.02.2018

Məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərin dərsləri dinlənəcək

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun(TİPİİ) mentoru Yeganə Məmmədova Şabran rayon ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər ilə görüşüb.

Görüşdə müəllimlər dərs dinləmə qrafiki ilə tanış ediliblər.

Dərs dinləmələrin məqsədi, müəllimlərin məşğələlər zamanı qarşılaşdıqları çətinliklərin aşkarlanması və bu çətinliklərin aradan qaldırılması üçün onlara metodiki dəstəyin göstərilməsidir.

Qeyd edək ki, rayonun məktəbəhazırlıq qruplarında dərs deyən müəllimləri 17-22 avqust tarixlərdə TİPİİ-nin təlimlərinə cəlb olunmuşdular.