13.02.2018

Məktəblərdə uşaq hüquqlarının pilləli tədrisinə başlanılıb

Şabran şəhər 5 nömrəli tam orta mətəbdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, baş məsləhətçi Tural Zülfüqarov və Rayon Təhsil Şöbəsinin metodisti Fərəh Mahmudovanın iştirakı ilə "Uşaq hüquqlarının tədrisi" mövzusunda tədbir keçirilib.

Tədbirdə məktəb rəhbərliyi və məktəbin yuxarı sinif şagirdləri iştirak edblər.

Uşaq hüquqlarının pilləli tədrisinə həsr olunmuş görüşdə məktəb rəhbərliyi və şagirdlər bu mövzuda keçiriləcək dərslər barədə məlumatlandırılıblar.

Dərslər zamanı məktəblilər "İnsan hüquqları nədir?", "Uşaq hüquqları: anlayışı və yaranması", "Uşaq kimdir?", "Uşaqlara məxsus hüquqlar", "Uşaq Hüquqları konvensiyası", "Uşağın vəzifələri" və s. mövzularda maarifləndiriləcəklər.

Qeyd edək ki, uşaq hüquqlarının tədrisinin təşkilində əsas məqsəd şagirdlərə insan hüquqları mədəniyyətinin aşılanması, məktəb mühitində uşaq hüquqlarının reallaşdırılması istiqamətində təlimləndirmə işinin təşkilidir.

 


Açar sözlər: ,  ,