02.03.2018

"Ümumi təhsildə keyfiyyət ili çərçivəsində" təşkil olunan pedaqoji mühazirələrin dinlənməsi

Şabran Rayon Təhsil Şöbəsi tərəfindən "Ümumi təhsildə keyfiyyət ili çərçivəsində" təşkil olunan pedaqoji mühazirələrin dinlənməsi keçirilib.

17 istiqamət üzrə rayon ümtəhsil məktəblərindən daxil olmuş 76 mühazirənin dinlənməsi təşkilat komitəsi tərkibində yaradılmış  5 bölmədə baş tutub.

Dinləmənin nəticəsi olaraq 4 iş - Padar kənd tam orta məktəbin rus dili müəllimi Balabəy Quliyevin "Müəllim-şagird münasibətlərinin pedaqoji əməkdaşlıq əsasında qurulması" mövzusunda mühazirəsi , R. Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyin ibtidai sinif müəllimi Zöhrə Cəbrayılovanın "İbtidai təhsil səviyyəsində şagird nailiyyətlərinin inkişafında məktəbəhazırlığın təsiri" mövzusunda mühazirəsi , S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin  biologiya müəllimi Gülnar Mirzəyevanın "Biologiya dərslərində yeni təlim texnologiyalarının tətbiqi" mövzusunda mühazirəsi , Zeyvə kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aysel Nəcəfovanın "Şagirdlərin yaradıcı təfəkkürünün və tədqiqiatçılıq qabiliyyətinin inkişaf etdirilməsi" mövzusunda olan mühazirəsi  Münsiflər Heyəti tərəfindən qiymətləndirmə meyarlarına uyğun hesab edilib.

Pedaqoji mühazirələrin keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və inkişafyönümlü təkliflər hazırlamaqdan ibarətdir.


Açar sözlər: ,