06.03.2018

Şabran Rayon Təhsil Şöbəsinin əməkdaşları və bir qrup rayon təhsil işçisi Xaçmaz şəhər 9 nömrəli məktəbdə olub

Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması barədə Azərbaycan Respublikası Təhsil Nazirinin 05.01.2018-ci il tarixli 21 nömrəli əmrinin icrası ilə bağlı Şabran Rayon Təhsil Şöbəsinin əməkdaşları və bir qrup təhsil işçisi Xaçmaz şəhər 9 nömrəli məktəbdə olublar.

Görüş zamanı dərslərdə iştirak edilib, fənn metodbirləşmə rəhbərləri ilə dəyirmi masa ətrafında fikir mübadiləsi aparılıb, müəllimlərin dərsi təşkili metodları  ilə yaxından tanış olunub.

Görüş Şabran və Xaçmaz rayon təhsil şöbələrinin 2017-2018-ci dərs ilinin 2-ci yarısında birgə həyata keçirəcəyi tədbirlər planı çərçivəsində həyata keçirilib.


Açar sözlər: