13.03.2018

Məktəbəhazırlıq qrupu Yel çərşənbəsini qeyd edib

Şabran rayon Taxtalar kənd ümumi orta məktəbin məktəbəhazırlıq qrupu Yel çərşənbəsini qeyd edib.

Çərşənbə şənliyində beşyaşlılar milli adət-ənənələrimizi səhnəciklərdə canlandırıb, şeirlər oxuyub, mahnılar və rəqslər ifa ediblər.

Beşyaşlılar müəllimlərinin köməyi ilə bayram şirniyyatı hazırlayıb, süfrə qurublar. Şənlik boyunca müəllimləri uşaqlara bahar çərşənbələri, Novruz bayramı, bayrama dair xalqımızın miili adət ənənələri barədə geniş məlumat verib.