18.05.2018

"Narkomaniya və erkən nikaha yox!" şüarı altında maarifləndirici tədbir keçirilib

Mayın 18-də Şabran rayon Şahnəzərli kənd tam orta məktəbdə "Narkomaniya və erkən nikaha yox!" şüarı altında maarifləndirici tədbir keçirilib.

Tədbirdə Rayon Polis Şöbəsinin rəisi Əli Mərdanov, Polis veteranlar şurasının rəisi, istefada olan polis-polkovnik leytenantı Valeh Sadıqov, Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru Eldar Ömərov, Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Orxan Əkbərov, Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Musa Hüseynov, Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Tariyel Məhərrəmov, kənd icra nümayəndəsi Murad Novruzov, məktəbin pedoqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Finurə Ələsgərova məktəbdə belə tədbirlərin keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını bildirib və belə maarifləndirici tədbirlərin təşkilinə dəstəyi üçün Rayon Polis Şöbəsinin rəsisinə və digər əməkdaşlarına təşəkkürünü bildirib.

Daha sonra Ə. Mərdanov çıxış edərək, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirib. O, narkomaniyanın insan həyarını necə zəhərləməsindən danışaraq gəncləri bu bəladan uzaq durmağa, daha sağlam həyat üçün idmanla məşğul olmağa çağırıb.

Tədbirdə, həmçinin digər içtirakçıların da çıxışları dinlənilib, narkomaniyanın fəsadlarının əks etdirən videoçarx izlənilib.

 Sonda şagirdləri maraqlandıra suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,  ,