14.06.2018

Şabran rayon ümumtəhsil məktəblərində də "Son zəng" tədbirləri keçirilib

İyunun 14-də respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi Şabran rayon məktəblərində də "Son zəng" tədbirləri keçirilib.

Tədbirlər təhsil naziri Ceyhun Bayramovun  12  iyun 2018-ci il tarixli F-431 nömrəli əmrinə əsasən hər bir ümumtəhsil məktəbinin ərazisində qeyd olunub.

Tədbirlərdə Rayon Təhsil Şöbəsinin, Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun digər idarə və təşkilatlarından qonaqlar, valideyn komitələri, ictimaiyyət nümayəndələri və məktəb məzunları da iştirak ediblər.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində Şabran rayon ümumtəhsil məktəblərinin IX siniflərini 696 nəfər, XI siniflərini 511 nəfər şagird bitirəcək. 2017-2018-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz isə 1050 nəfərdir.