27.07.2018

Fərqlənmə attestatları təqdim olunub

Şabran rayon ümumi təhsil məktəblərinin tam orta təhsil və ümumi orta təhsil səviyyələrini bitirmiş məzunlarına fərqlənmə attestatları təqdim olunub.

Qeyd edək ki, Şabran Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 5, tam orta təhsil səviyyəsi üzrə isə 10 nəfər fərqlənmə attestatı ilə bitirib.

Təhsil Şöbəsində məzunlara fərqlənmə attestatlarının təqdim olunması məqsədilə müvafiq mərasim təşkil  olunub. Tədbirdə Rayon Təhsil Şöbəsinin əməkdaşları,  təhsil müəssisələrinin rəhbərliyi, müəllimlər, valideynlər və fərqlənən məzunlar iştirak ediblər.

Mərasimin sonunda məzunlarla xatirə şəkli çəkdirilib.

 

Şabran rayonu üzrə ümumi təhsil məktəblərinin ümumi orta və tam orta təhsil səviyyəsini bitirmiş məzunlara fərqlənmə attestatlarının verilməsi haqqında Şabran Rayon Təhsil Şöbəsinin əmri


Açar sözlər: ,  ,  ,