03.09.2018

Fövqəladə hallar və mülki müdafiə seminarları keçirilir

Sentyabrın 3-də Şabran şəhər 5 nömrəli tam orta məktəbdə rayon ümumtəhsil məktəblərinin II, V, VI sinif rəhbərləri üçün Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin Mülki müdafiə şöbəsinin əməkdaşları tərəfindən fövqəladə hallar və mülki müdafiə seminarı keçirilib. Seminarda müəllimləri maraqlandıran suallar cavablandırılıb, gündəlikdə olan mövzular ətrafında müzakirələr aparılıb.

 

Seminarın gündəliyində aşağıdakı mövzular yer alıb:

  

         II sinif üçün             

 

1. Məktəblilərə mülki müdafiə haqqında anlayışın verilməsi

2. Fövqəladə hallar və davranış qaydaları haqqında əhaliyə xəbər və məlumatların verilməsi

3. Respiratorun əhəmiyyəti və ondan istifadə qaydası. Tənəffüs üzvlərini mühafizə edən ən sadə vasitələr

4. Uşaq əleyhqazının əhəmiyyəti və ondan istifadə qaydası

5. Şagirdlərin sığınacaqda və daldanacaqda yerləşdirilməsi və davranış qaydaları, ən sadə daldanacaqlar.

6. Şagirdləri qəzaların və təbii fəlakətlərin nəticələrindən mühafizə etmək qaydaları

 

      

        V sinif üçün

 

1. Azərbaycan Respublikasının mülki müdafiəsi, onun məqsədi və vəzifələri

2. Müasir kütləvi qırğın vasitələri

3. Fərdi mühafizə vasitələri

4. Bizim yerlər üçün səciyyəvi olan qəzalar, təbii fəlakətlər və onların nəticələrindən mühafizə

 

 

        VI sinif üçün
     

1. Kollektiv mühafizə vasitələri

2. Düşmən hücumu təhlükəsi yaranarkən, habelə qəza və təbii fəlakətlər zamanı şagirdlərin fəaliyyəti

3. Qanaxmalar, yanıqlar, sınıqlar və bədbəxt hadisələr zamanı özünə yardım və qarşılıqlı yardım göstərmək üsulları

4.Radioaktiv, zəhərləyici maddələr, bakterioloji (bioloji) vasitələr və güclü təsirli zəhərli maddələrlə zədələnmələr zamanı özünə yardım və qaşılıqlı yardım göstərmək qaydaları

 

Qeyd edək ki, təlimlərin sentyabrın 5-dək davam etməsi nəzərdə tutulub.

 


Açar sözlər: