21.09.2018

Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbir keçirilib

Şabran rayon Çayqaraqaşlı kənd ümumi orta məktəbdə 21 sentyabr-Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Beynəlxalq Sülh Gününün yaranma tarixi barədə şagirdlərə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu əlamətdar gün BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə təsis edilib.

Tədbirdə çıxış edən məktəbin direktoru Şəhriyar Həsənov sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü və sülhsevərliyi ilə fərqlənən Azərbaycan xalqının da sülh şəraitində yaşamaq arzusunda olduğunu qeyd edib.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin insanpərvərlik və sülhsevərlik hisslərini gücləndirmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, bədii-estetik səviyyələrini yüksəltməkdən ibarət olub.

 


Açar sözlər: ,  ,