15.10.2018

“Fövqəladə hallar uşaqların gözü ilə”

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında FHN-in təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda məktəblilər arasında VIII Respublika uşaq yaradıcılıq müsabiqəsi keçiriləcək.

Müsabiqənin keçirilməsində məqsəd uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi və mədəniyyətinin formalaşdırılması, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsidir.

Ümumtəhsil və internat məktəblərinin I-XI sinif şagirdləri arasında uşaq yaradıcılıq müsabiqəsi rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçiriləcək.

“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinə Təhsil və Fövqəladə Hallar nazirlikləri tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim ediləcək.

 

“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsi haqqında Əsasnamə


Açar sözlər: ,  ,