16.10.2018

“Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə tədbiri keçirilib

 “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda  Şabran rayonunda maarifləndirmə tədbiri keçirilib.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşları və  Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri, psixoloqlar, müəllim və yeniyetmələr iştirak ediblər. Tədbirlərdə  çıxış edənlər narkotik vasitələrin, psixotrop maddələrin insan orqanizminə zərərli təsirini qeyd edərək, bu bəlaya qarşı mübarizənin zəruriliyindən, o cümlədən maarifləndirmə tədbirlərinin genişləndirilməsinin əhəmiyyətindən danışıblar.

  Natiqlər qeyd ediblər ki, narkomaniya insanların, xüsusilə də gənclərin fiziki sağlamlığına zərbə vurmaqla yanaşı, həm də cəmiyyətdə əxlaqi və mənəvi aşınmalara səbəb olur,eləcə də cinayətkarlığa zəmin yaradır.

  Tədbirin sonunda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara paylanılıb.


Açar sözlər: ,