17.10.2018

"Müxtəlif məxrəcli kəsrlərin toplanması və çıxılması" mövzusunda açıq dərs keçirilib

Şahnəzərli kənd tam orta məktəbin riyaziyyat müəllimi Elnarə Nəcəfova VI sinifdə riyaziyyat fənnindən "Müxtəlif məxrəcli kəsrlərin toplanması və çıxılması" mövzusunda açıq dərs keçirib.

Dərsdə şagirdlər qruplar şəklində müəllimin verdiyi tapşırıqlar üzərində işləyərək təqdimatlar ediblər.

Açıq dərsdə müşahidəçi qismində məktəbin direktoru və digər fənn müəllimləri iştirak ediblər.


Açar sözlər: