18.10.2018

Rayon ümumtəhsil məktəb direktorları ilə iclas keçirib

Oktyabrın 17-də Şabran Rayon Təhsil Şöbəsi rayon ümumtəhsil məktəb direktorları ilə iclas keçirib.

İclasda Rayon Təhsil Şöbəsinin müdiri və digər əməkdaşları, həmçinin rayon ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

İclasın gündəliyində duran əsas məsələlər buraxılış imtahanlarına hazırlıq, yeni imtahan modelləri ilə buraxış sinif şagirdlərinin tanışlığının təmin edilməsi, həmçinin bu istiqamətdə müəllimlərin və məktəb rəhbərlərinin qarşısında duran vəzifələr, yeni tədris ilində məktəblərdə təşkil olunacaq tədbirlər və s. olub.


Açar sözlər: