15.03.2019

“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilib

Şabranda məktəblilər arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin əsas məqsədi Ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.

Müsabiqənin bu  mərhələsində 57 nəfər rayon  məktəblisinin təqdimatı dinlənilib.

Münsiflər heyətinin rəyinə əsasən, Şabran şəhər M. Nəzirov adına 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi Firuzə Bədəlovanın təqdimatı rayon üzrə ən yaxşı təqdimat olaraq seçilib və təqdimat müəllifi apreldə keçiriləcək müsabiqənin ölkə mərhələsində iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsində qiymətləndirmə təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı və ifadəliliyi, söz ehtiyatının zənginliyi, Ulu öndərin genişmiqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, irəli sürdüyü fikirləri faktlarla əsaslandırması, şəxsi mülahizələrini bildirməsi, ədəbi-bədii nümunələrə müraciət etməsi, təqdimatı müəyyən olunmuş müddətdə başa çatdırması və digər meyarlara əsasən aparılır.