15.03.2019

"Təbiəti və tullantıları xilas edək!" eko-müsabiqəsinin məktəb mərhələsi keçirilir

Şabran rayon Taxtalar kənd ümumi orta məktəbdə "Təbiəti və tullantıları xilas edək!" eko-müsabiqəsinin məktəb mərhələsi keçirilib.

Öncə siniflərdə ekoloji təhlükəsizlik mövzusunda maarifləndirici söhbətlər aparılıb. daha sonra məktəblilər məktəbyanı ərazilərin tullantılardan təmizlənməsi məqsədilə iməcliyə cəlb ediliblər. Daha sonra isə toplananan tullantılardan hazırlanmış əl işlərinin sərgisi keçirilib.

Qeyd edək ki, müsabiqə Şabran Rayon Təhsil Şöbəsi tərəfindən məktəblilərə daha məsuliyyətli olmağın, təbiəti qorumağın və ekoloji cəhətdən sağlam mühit üçün çalışmağın aşılanması, onların istedadlarının üzə çıxarılmasınına şərait yaratmaq  məqsədilə rayon ümumtəhsil məktəbləri arasında keçirilir.


Açar sözlər: ,  ,  ,