18.03.2019

"Sərhədçi" hərbi-idman oyunları üzrə yekun tur keçirilib

Şabran rayon ümumtəhsil məktəbləri arasında "Sərhədçi" hərbi-idman oyunları üzrə yekun tur keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan yarışda rayonun 10 ümumtəhsil məktəbindən 5 nəfərlik komandalar yarışıb.

Məktəblilər sıra hazırlığı, sərhəd zolağının qum örtüyü ilə hamarlanması, silahın sökülüb yığılması, ilk tibbi yardım və avtomobildə şərti olaraq gizlədilmiş qanunsuz vasitənin tapılması üzrə qiymətləndirilib.

Nəticələrə əsasən Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbin komandası I, M. Nəzirov adına 4 nömrəli tam orta məktəbin komandası II, Pirəmsən kənd tam orta məktəbin komandası III yerə layiq görülüb. Hər üç məktəbin GÇH müəllimi Fəxri Fərmanla təltif ediliblər. Bundan əlavə olaraq 3 istiqamət üzrə də qalib məktəblər müəyyənləşdirilib. Belə ki, silah sökülüb yığılması üzrə şəhər S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəb, ilk tibbi yarıdm üzrə 5 nömrəli tam orta məktəb, kəndirin dartılması üzrə Zeyvə kənd tam orta məktəbi fərqləndirilib.


Açar sözlər: ,