19.03.2019

Novruz şənlikləri keçirilib

Şabran rayon ümumtəhsil məktəblərində və məktəbdənkənar müəssisələrdə Novruz bayramı qeyd edilib.

Şənliklərdə Novruz tonqalı qalanıb, milli geyimli məktəblilər tonqal ətrafında yallı gedib, Kosa və Keçəl ilə birlikdə mahnı oxuyub rəqs ediblər. Şagirdlərin ifasında Novruz bayramının çərşənbələrini, adət-ənənələrini əks etdirən səhnəciklər nümayiş olunub, qədim Novruz ənənələrindən danışılıb, şeirlər söylənilib, həmçinin qədim xalq oyunları oynanılıb.

Milli adət-ənənələrin qorunub saxlanması və yeni nəslə ötürülməsi məqsədilə keçirilən Novruz şənliklərində müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.


Açar sözlər: ,  ,