24.06.2019

Şabran UGİM "Alovlu Qafqaz" uşaq və gənclərin beynəlxalq rəqs və yaradıcılıq festivalında uğurla iştirak edib

İyunun 21-də  Quba şəhərində yerləşən "Yaşıl teatr"da "Alovlu Qafqaz" uşaq və gənclərin beynəlxalq rəqs və yaradıcılıq festivalı keçirilib.

Festivalda Bakı şəhəri 5 nömrəli, Şabran, Xaçmaz, Goranboy, Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzləri və Gürcüstan, Rusiya, Şimali Osetiya, Dağıstan, İnquşetiya,Kabardin-Balkar, Qaraçay-Çərkəz Respublikalarından uşaq və gənclər iştirak ediblər. Yaradıcılıq nominasiyası üzrə Şabran rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Röya Məmmədzadə 1-ci yerə, Aydan Muradova 2-ci yerə layiq görülüb. O cümlədən, UGİM-in direktoru Aysel Məmmədova da Quba Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən diplomla təltif edilib.