25.06.2019

Məktəb psixoloqları ilə iclas

Şabran Rayon Təhsil Şöbəsində məktəb psixoloqları ilə növbəti iclas keçirilib.

İclasın gündəliyində duran əsas məsələ Azərbaycan Respublikası təhsil nazirinin 13 may 2019-cu il tarixli F-260 nömrəli əmrinə əsasən "Ümumi təhsil müəssisələrində əlverişli təlim mühitinin təmin edilməsi" üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planının icrası ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr olub.

Məktəb psixoloqları ötən tədris ilində aşkara çıxardıqları problemli vəziyyətlər və onların həlli yolları barədə fikir mübadiləsi aparıblar.

 


Açar sözlər: ,