12.09.2019

Rus bölməsi üzrə birinci sinfə qəbul komissiyası fəaliyyətini davam etdirir

Şabran rayon ümumi təhsil müəssisələrinin tədris rus dilində olan bölmələrinə uşaqların qəbulu prosesində obyektivliyin  və şəffaflığın təmin olunması məqsədi ilə yaradılmış qəbul komissiyası fəaliyyətini davam etdirir.

Komissiya Azərbaycan Respublikası təhsil nazirinin əmrinə uyğun olaraq Şabran Rayon Təhsil Şöbəsi tərəfindən təşkil olunub, birinci sinfə qəbul zamanı uşaqların rus dili üzrə şifahi nitq bacarıqlarının yoxlanıb qiymətləndirilməsini həyata keçirir.

Qeyd edək ki, məktəbəhazırlıq qruparından (rus bölməsi üzrə) birinci sinfə qəbul olunan uşaqlar müsabiqəyə cəlb olunmurlar.