16.09.2019

2019-2020-ci tədirs ilinin "İlk zəngi" çalınıb

Yeni tədris ilində Şabran rayon ümumtəhsil müəssisələrində 9567 şagirdin təhsil alacağı proqnozlaşdırılır. 875 şagird isə birinci sinifdə təhsil alacaq.

Rayon ümumtəhsil məktəblərinə 2019-2020-ci tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqə ilə 47 müəllim təyin olunub.

2019-2020-ci tədris ili üçün rayon ümumtəhsil məktəblərinə 1-ci sinif üzrə 4449, 2-ci sinif üzrə 248, 3-cü sinif üzrə 46, 4-cü sinif üzrə 7309, 5-ci sinif üzrə 8331, 6-cı sinif üzrə 1575, 8-ci sinif üzrə 12437, 9-cu sinif üzrə 9512, 11-ci sinif üzrə isə 12 yeni dərslik paylanılıb.

Təhsil nazirinin əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ilində ilk dərslər ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub.


Açar sözlər: ,