07.10.2019

Şabran rayon təhsil işçiləri təltif ediliblər

Ölkədə müəllim peşəsinin nüfuzunun artırılması, müəllim əməyinin qiymətləndirilməsi istiqamətində görülən işlərin davamı olaraq prezident İlham Əliyevin 3 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Şabran şəhər  M. Nəzirov adına 4 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Lətifə Fəttahova “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Azərbaycan Respublikası Təhsil nazirinin 4 oktyabr 2019-cu il tarixli K-1516 nömrəli əmrinə əsasən isə Şabran Rayon Təhsil Şöbəsinin müdiri Emin Mövsümov və Pirəmsən kənd tam orta məktəbinin ingilis dili müəllimi Şəhla Musayeva 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı", Şabran şəhər S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin biologiya müəllimi Gülnar Mirzəyeva Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib.


Açar sözlər: