10.10.2019

Nümunəvi siniflər qəhrəmanların adları ilə adlandırılır

Təhsil Nazirliyinin 15.01.2019-cu il tarixli F-18 nömrəli əmri ilə təsdiq olunmuş "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2019-cu il üçün Fəaliyyət planınına əsasən Şabran rayon ümumtəhsil məktəblərində seçilən siniflərin qəhrəmanların adı ilə adlandırılması ənənəsi başladılıb.

S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin 8 a, R. Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyin 8 b sinfinə məktəbin adını daşıdığı qəhrəmanın adı, A. Xəlilov adına Sincanboyad kənd ümumi orta məktəbinin IV sinfinə şəhid Babək Abidovun adı verilib.

Fəaliyyətin həyata keçirilməsinin əsas məqsədi, məktəblilərin vətənpərvərlik tərbiyəsinin, onlarda Vətən uğrunda qəhrəmanlıq göstərmiş şəhidlərə sevgi, ehtiram hisslərinin formalaşdırılması, inkişaf yolunda nümunəvililik prinsipinin əsas olmasının şagirdlərə təlqin edilməsidir.


Açar sözlər: ,  ,