09.10.2019

Şabran UGŞİM-in 5 tennisçisi yarışmada III yeri tutub

Şabran Uşaq Gənclər Şahmat İdman Məktəbinin stolüstü tennisçiləri 3-7 oktyabr tarixində Zağulba Tədris İdman Bazasında keçirilən Təhsil RİM-in açıq birinciliyində iştirak ediblər.

Yarışmada Şabran rayonu ilə yanaşı Salyan, Qax, Şirvan, Samux, Qaradağ, Quba rayonları, Bakı, Gəncə, Sumqayıt şəhərlərindən ümumilikdə 120 idmançı mübarizə aparıb.

Nəticələrə əsasən Şabran UGŞİM-in tennisçiləri Tunar Bağırov, Elşən Hüseynov, Əzifə Mahmudova, Leyla Əliyeva və Nübar Quluzadə yarışın 3-cüsü olaraq fəxri kürsüyə qalxıblar.


Açar sözlər: ,