11.10.2019

H. Araslının 110 illik yubileyi münasibətilə dəyirmi masa

Şabran rayon Pirəmsən kənd tam orta məktəbindən akademik Həmid Araslının 110 illik yubileyi münasibəti ilə dəyirmi masa təşkil edilib.

Əsasən şagirdlərin akademik haqqında araşdırmalarının müzakirə edildiyi dəyirmi masada onun həyat və fəaliyyətindən geniş bəhs edilib. Bildirilib ki, qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və dərin erudisiyalı alim kimi geniş şöhrət qazanan akademik Həmid Araslı çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verib.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Təshsil nazirinin 05.04.2019-cu il tarixli F-160 nömrəli əmri ilə təsdiq olunmuş "Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi ilə bağlı Tədbirlər planı"na uyğun olaraq keçirilib.


Açar sözlər: ,