25.10.2019

"Ölkəmizdə sosial-iqtisadi sahələr üzrə, o cümlədən təhsil sahəsində həyata keçirilən quruculuq işləri" mövzusunda seminar

Şabran şəhər R. Yusifov adına 2 nömrəli tam orta məktəb-liseydə "Ölkəmizdə sosial-iqtisadi sahələr üzrə, o cümlədən təhsil sahəsində həyata keçirilən quruculuq işləri" mövzusunda seminar keçirilib.

Seminarda məktəbin direktor müavinləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Məktəbin coğrafiya müəllimi Türkan Qasımova ölkədə gedən quruculuq işləri barədə geniş məlumat verib. O bildirib ki, ölkəmiz günü-gündən inkişaf edir, güzlənir. Bu inkişaf özünü həm statistik göstəricilərdə, həm də gündəlik həyatda göstərir.

Daha sonra məktəblilərin təqdimatlarında təhsil və iqtisadi sahədə görülən queuculuq işləri barədə məlumatlar dinlənilib.

Qeyd edək ki, tədbir Təhsil Nazirliyinin 15.01.2019-cu il tarixli F-18 nömrəli əmri ilə təsdiq olunmuş "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2019-cu il üçün Fəaliyyət planınına əsasən həyata keçirilib.


Açar sözlər: ,