28.10.2019

İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib

Şabran şəhər S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəbdə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan dili və ədəbiyyatı müəllimi Fariz Yusifzadə 2019-cu ilin Azərbaycanda "Nəzimi İli" elan olunduğunu və dahi şairin 650 illik yubileyinin dövlət səviyyəsində keçirlildiyini qeyd edib. O bildirib ki, Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir.

Sonra çıxış edən Azərbaycan dili və ədəbiyyatı müəllimi Məhəbbət Rəsulova anadilli ədəbiyyatımızda fəlsəfi şeirin əsasını qoyan Nəsiminin milli Azərbaycan ədəbi dilinin daha da inkişaf etdirilməsi və onun yeni-yeni söz və ifadələrlə zənginləşdirməsidə mühüm rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Məktəblilər İ. Nəsiminin qəzəlləri ilə çıxış ediblər. Daha sonra mütəfəkkirin həyat və yaradıcılığından bəhs edən videoçarx izlənilib.


Açar sözlər: ,  ,