24.10.2019

Yol hərəkətinin təşkili və təhlükəsizliyi" mövzusunda maarifləndirici görüş keçirilib

Şabran şəhər M. Nəzirov adına 4 nömrəli tam orta məktəbdə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən "Yol hərəkətinin təşkili və təhlükəsizliyi" mövzusunda maarifləndirici görüş keçirilib.

Görüş zamanı uşaqlara yol hərəkəti qaydaları izah edilib, əyani şəkildə piyada zolağından  keçmə qaydası izah edilib.

Görüşün keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması olub.


Açar sözlər: ,