28.10.2019

Beynəlxalq Məktəb Kitabxanaları Günü keçirilib

Şabran rayon ümumtəhsil məktəblərində Beynəlxalq Məktəb Kitabxanaları Günü münasibətilə tədbirlər keçirilib.

Tədbirlər "Sürətli oxu", "Oxumağı vərdişə çevirək", "Mütaliə həyat tərzimizdir", "Mənim sevimli kitablarım" adı altında, müsabiqə, sərgi, seminar və s. formatlarda təşkil olunub.

Məktəblərin kitabxanaları tərəfindən təşkil olunan tədbirlərdə məktəblilər əsərlərin müzakirələrini keçirib, təhlillər aparıb, şeirlər səsləndirlib, kitab mövzusunda rəsmlər və oxuduqları maraqlı kitabları təqdim ediblər.


Açar sözlər: ,