28.10.2019

"Ümumbəşəri və multikultural dəyərlərə hörmət humanizm ideyalarına sadiqlik nümunəsidir" adlı tədbir keçirilib

Oktyabrın 28-də Şabran şəhər O. Bəşirov adına 2 nömrəli ümumi orta məktəbdə "Ümumbəşəri və multikultural dəyərlərə hörmət humanizm ideyalarına sadiqlik nümunəsidir" adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ziyaməddin Ömərov bildirib ki, biz etnik-mədəni cəhətdən rəngarəng bir dünyada yaşayırıq. Qarşılıqlı hörmət ruhu, fərqli mədəniyyətlərin dialoqu, ən yaxşı keyfiyyətlərin bir-birindən mümkün qədər görüb-götürməsi tərəqqinin təməli rolunda çıxış edir. O qeyd edib ki, ümumbəşəri dəyərlərin qorunması və inkişafı dünyada yaşayan hər kəsin birgə missiyasıdır.

Daha sonra ibtidai sinif müəllimi Lətifə Məmmədova çıxış edərək Azərbaycan xalqının tolerant xalq kimi daim multikultural dəyərlərə sadiq olduğunu bildirib. Xalqımızın humnistliyindən danışan L. Məmmədova bu dəyərlərin qorunması və gənc nəslə ötürülməsi məqsədilə ölkədə genişmiqyaslı tədbirlər keçirildiyini, bu məsələnin daim Ölkə rəhbərinin diqqət mərkəzində olduğunu bildirib.

Çıxış edən məktəblilər Azərbaycanda yaşayan xalqlar, onların adət-ənənələrinin necə qorunub saxlanıldığı haqqında məlumat veriblər.

Sonda mövzu ətrafında bütün şagirdlərin fikirləri dinlənilib.


Açar sözlər: ,  ,