25.10.2019

Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunub

Şabran şəhər R. Yusifov adına 2 nömrəli tam orta məktəbdə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunub.

Çıxış edən məktəbin təşkilati işlər üzrə direktor müavini Gülşən Şükürova böyük mütəfəkkirin həyat və fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından geniş danışıb. Qeyd edib ki, Ə. Ağaoğlu milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb.

Məktəbin Azərbaycan dili və ədəbiyyatı məllimi Xatirə Ağayeva mütəfəkkir haqqında ətraflı məlumat verərək qeyd edib ki, 1869-cu ildə Şuşada dünyaya göz açan Ə.Ağaoğlu Fransada təhsil alıb. 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açıb. 1897-ci ildə H.Z.Tağıyevin dəvəti ilə Bakıya gəlib, “Kaspi ” qəzetində məqalələr yazıb. O, həmçinin Əli bəy Hüseynzadə ilə birlikdə “Həyat” qəzetini təsis edib və redaktoru olub. Əhməd bəy 1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizli “Difai” (müdafiə) təşkilatını qurub. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olan ictimai xadim Cümhuriyyətin Paris Sülh Konfransında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində yer alıb. Cümhuriyyətin süqutundan sonra digər soydaşlarımız kimi bir daha vətənə qayıda bilməyib.

Tədbirdə, həmçinin məktəblilər mütəfəkkir haqqında topladıqları məlumatları təqdim ediblər.


Açar sözlər: ,  ,