31.10.2019

Atletika idman növü üzrə rayon birinciliyi keçirilib

29-30 oktyabr tarixində Şabran şəhər Mərkəzi Stadionunda Məktəblər arasında idman növləri üzrə respublika çempionatının atletika idman növü üzrə rayon birinciliyi keçirilib. Yarışda rayon ümumtəhsil məktəblərinin 33 komandası qalibiyyət uğrunda mübarizə aparıb.

Rayon Təhsil Şöbəsi və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarış məktəblərarası respublika və beynəlxalq yarışlara seçim xarakteri daşıyıb.

Yarışmanın nəticəsi aşağıdakı kimi olub:

 

I yer - Şabran şəhər 4 nömrəli tam orta məktəbin komandası

II yer - Şabran şəhər 3 nömrəli ümumi orta məktəbin komandası

III yer - Şabran şəhər 2 nömrəli tam orta məktəb-liseyin komandası

IV yer - Şabran rayon Ağbaş kənd tam orta məktəbin komandası

 

I yeri qazanmış komanda çempionatın zona mərhələsində iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, Çempionat Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq keçirilir.