04.11.2019

Voleybol idman növü üzrə rayon birinciliyi keçirilib

01-02 noyabr tarixində Şabran şəhər R. Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyin idman zalında Məktəblər arasında respublika çempionatının voleybol idman növü üzrə rayon birinciliyi keçirilib. Yarışda rayon ümumtəhsil məktəblərinin 18 komandası mübarizə aparıb.

Yarış zona, respublika və beynəlxalq yarışlara seçim məqsədilə keçirilib.

Yarışmanın yekununa əsasən, nəticə aşağıdakı kimi olmuşdur:

 

I yer - R. Yusifov adına 2 nömrəli tam orta məktəb-lisey

II yer - 5 nömrəli tam orta məktəb

III yer - Dəvəçi kənd tam orta məktəbi

 

I yeri tutmuş komanda çempionatın zona mərhələsində iştirak etmək hüququ qazanıb

Qeyd edək ki, Məktəblər arasında idman növləri üzrə respublika çempionatı Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq keçirilir.


Açar sözlər: ,