05.11.2019

Məktəblərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə təlimlər keçirlilir

Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə bağlı Təhsil Naizirliyinin  Tədbirlər Planına uyğun olaraq Şabran rayon ümumtəhsil məktəblərində təlimlər təşkil olunur.

Təlimlər çərçivəsində məktəblərin yuxarı sinif şagirdləri və müəllimlərinə rəqəmsal ödəniş xidmətləri ilə bağlı zəruri məlumatlar verilir.

Budəfəki təlim Şabran şəhər R. Yusifov adına 2 nömrəli tam orta məktəb-liseydə keçirilib.

Qeyd edək ki, təlimlər Şabran Rayon Təhsil Şöbəsi və Azərbaycan Beynəlxalq Bankının Şabran filialının əməkdaşlığı çərçivəsində, bank əməkdaşlarının iştirakı ilə həyata keçirilir.

Dövlət Proqramının strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir.

Bu məqsədlə ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi, habelə onlardan istifadənin kütləviləşdirilməsi başlıca strateji prioritetlərdir.


Açar sözlər: ,  ,  ,  ,