06.11.2019

Basketbol idman növü üzrə rayon birinciliyi keçirilib

05-06 noyabr tarixində Şabran şəhər R. Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyin idman zalında Məktəblər arasında respublika çempionatının basketbol idman növü üzrə rayon birinciliyi keçirilib. Yarışda rayon ümumtəhsil məktəblərinin 15 komandası mübarizə aparıb.

Yarışmanın yekununa əsasən, nəticə aşağıdakı kimi olub:

 

I yer - T. Abbasov adına 1 nömrəli tam orta məktəb

II yer - R. Yusifov adına 2 nömrəli tam orta məktəb-lisey

III yer - M. Nəzirov adına 4 nömrəli tam orta məktəb

 

I yeri tutmuş komanda çempionatın zona mərhələsində iştirak etmək hüququ qazanıb.

 

Qeyd edək ki, Məktəblər arasında idman növləri üzrə respublika çempionatı Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq keçirilir.


Açar sözlər: ,