29.10.2019

"Sağlam həyat tərzi xoşbəxtlikdir" mövzusunda seminar keçirilib

Oktyabrın 29-da Şabran şəhər 5 nömrəli tam orta məktəbdə "Sağlam həyat tərzi xoşbəxtlikdir" adı altında təlimləndirici seminar keçirilib.

Seminarda sağlam həyat tərzini şərtləndirən xüsusiyyətlər və insan sağlamlığına zərər verən vərdişlər haqqında məlumat verilib. Sağlam qidaların, düzgün yuxu rejiminin, idmanla məşğul olmağın insan üçün nə qədər önəmli olması diqqətə çatıdırılıb, bədənin sağlamlığı ilə yanaşı ruhun da sağlam olmasının vacibliyi, zərərli vərdişlərin insan orqanizmində törətdiyi fəsadlar haqqında geniş söhbət aparılıb.

Tədbirdə həmçinin UBTR Y. Rzayeva və biologiya müəllimi S. Cavadova şəxsi gigiyenanın önəmi haqqında şagirdlərə geniş məlumat veriblər.

Sonda zamanının çox hissəsini masa arxasında dərs oxuyaraq keçirən şagirdlərə videoçarx vasitsilə faydalı idman hərəkətləri öyrədilib.


Açar sözlər: ,  ,