08.11.2019

“Bayraq mənliyimdir, bayraq kimliyim!” adlı inşa-yazı müsabiqəsi keçirilib

9 Noyabr - Bayraq Günü münasibətilə Şabran rayon ümumthsil məktəblərinin şagirdləri arasında “Bayraq mənliyimdir, bayraq kimliyim!” adlı inşa-yazı müsabiqəsi keçirilib.

Müsabiqə nəticəsində S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin şagirdi Fidan Fərəməzova I, M. Nəzirov adına 4 nömrəi tam orta məktəbin şagirdi Aytac Ağazadə II, Ə. Quliyev adına Şahnəzərli kənd tam orta məktəbinin şagirdi Nuray Quluzadə III yerə layiq görülüb. P. İdrisov adına Ağbaş kənd tam orta məktəbinin şagirdi Ərəstun Əhmədov, C. Məmmədov adına Aygünlü kənd tam orta məktəbinin şagirdi Səbinə Nuriyeva və R. Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyin şagirdi Rəşidə Kərimova isə müsabiqədə fərqlənərək həvəsləndirici mükafata layiq görülüblər.

Qaliblər Şabran rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə mükafatlandırılıblar.

Qeyd edək ki, müsabiqə Şabran Rayon Gənclər və İdman İdarəsinin  təşəbbüsü ilə təşkil edilib.


Açar sözlər: ,