08.11.2019

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə tədbirlər keçirilib

Şabran rayon ümumtəhsil məktəblərində 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə tədbirlər keçirilib.

Şagirdlərin milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə edilməsi və onlarda vətənpərvərlik hissinin yüksəldilməsi məqsədilə keçirilən tədbirlər, dəyirmi masa, şagirdlər arasında rəsm, inşa yazı müsabiqələri, idman yarışları, və s. formatlarda təşkil olunub.

Dövlətimizin və bayrağımızın şanlı tarixi, zamanın ağır sınaqlarından çıxan xalqımızın mübarizə əzmi və millətimizin vətənpərvərlik ruhu tədbirlərdəki çıxışların əsas mövzusu olub.

Tədbirlərdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,