12.11.2019

"Ətraf mühitin təmizliyini qoruyaq!" devizi ilə iməcilik

Şabran şəhər 1 nömrəli ümumi orta məktəbdə "Ətraf mühitin təmizliyini qoruyaq!" devizi ilə iməcilik təşkil olunub.

Öncə şagirdlərə ekoloji sağlam mühit, tullantıların canlı aləmə vurduğu zərərlər barədə məlumat verilib. Daha sonra isə məktəblilər müəllimlərinin nəzarəti ilə məktəb yaxınlığındakı əraziləri tullantılardan təmizləyiblər.

 


Açar sözlər: ,  ,