13.11.2019

Qarabağ Azərbaycandır!

Noyabrın 13-də Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbdə “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib. Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəblilər və valideynlər iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında çıxışı zamanı dediyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsinə dəstək olmaq, şagirdlərə doğma vətənə qarşı məhəbbət, düşmənə qarşı isə nifrət hissi aşılamaqdan ibarət olub.


Açar sözlər: ,  ,