26.11.2019

Şəhla Musayevaya “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı"  təqdim edilib

Şabran Rayon Təhsil Şöbəsinin əməkdaşları tərəfindən Pirəmsən kənd tam orta məktəbinin ingilis dili müəllimi Şəhla Musayevaya “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı"  təqdim edilib.

Şəhla Musayeva Azərbaycan Respublikası təhsil nazirinin 04.10.2019-cu il tarixli K-1516 nömrəli əmri ilə təltif olunmuşdu.

Təhsil Şöbəsinin parıcı məsləhətçisi G. Hüseynova çıxış edərək dövlət səviyyəsində müəllim nüfuzunun artırılması istiqamətində çoxşaxəli tədbirlərin görülməsindən və görülən işlərin artıq səmərə verməsindən danışıb. Pirəmsən məktəbinin və müəllimlərinin nailiyyətlərinə diqqət çəkən çıxışçı Şəhla müəllimi təltifi olunması münasibətilə təbrik edib.

Məktəbin direktoru H. Məmmədov və təltif olunan Şəhla Musayeva müəllimlərə  göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidentinə və Təhsil nazirinə minnətdarlıqlarını bildirib, şagirdlərin hərtərəfli bilik və bacarıqlara malik şəxsiyyət kimi yetişdirilməsi işində yüksək əzmlə çalışacaqlarını qeyd ediblər.

Sonda xatirə şəkli çəkilib.


Açar sözlər: ,