28.12.2019

Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsinin qalibi olmuş layihənin təqdimatı keçirilib

Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsinin qalibi olmuş “Biologiyadan olimpiadalara hazırlaşan şagirdlər üçün vəsait”  layihəsinin və kitabın təqdimatı keçirilib.

Təqdimatda Şabran rayon Təhsil Şöbəsinin əməkdaşları, rayonun məktəb direktorları, müəllimləri və şagirdlər iştirak ediblər.

İlk olaraq layihənin rəhbəri Gülnar Mirzəyeva çıxış edərək layihə müddətində görülmüş işlər barədə iştirakçıları məlumatlandırıb. O,  layihənin əhəmiyyətindən, gözlənilən nəticələrdən danışıb.

Təqdimatda, həmçinin Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibi Yaşar Kazımov ( sözü gedən vəsaitin müəlliflərindən biri, layihənin eksperti) çıxış edərək, layihələrdə iştirak etməyin və bu kimi vəsaitlərin yazılmasının əhəmiyyətindən söz açıb.

Daha sonra Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Gülər Hüseynova  rayonumuza digər rayonlardan gələn 2-ci və 3-cü qrant müsabiqə qaliblərini salamlayıb təqdimatda iştirak etdikləri üçün təşəkkürünü bildirərək hazırlanan vəsaitin çox faydalı olacağına əminliyini bildirib.

Sonda təqdimatda iştirak edən məktəblərə vəsaitlər paylanılıb və xatirə şəkli çəkdirilib.


Açar sözlər: